"Report" Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, Bakı şəhəri üzrə bu rəqəm 93 min 48-dir.
Abşeron iqtisadi rayonunda 16 min 219, Naxçıvan iqtisadi rayonunda 10 min 369 kiçik sahibkarlıq subyekti var.
Masallı, Şəki, Lənkəran, Bərdə kimi rayonlarda olan sahibkarlıq subyektləri ilə Hacıqabul, Daşkəsən, Samux, Şabran rayonlarının sahibkarlıq subyektlərinin sayı arasında çox fərq var.
Birinci qeyd olunan rayonlarda 4-5 min sahibkarlıq subyekti mövcuddursa, ikincilərdə bu rəqəm 600-700 arasında dəyişir.