ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycanın İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova Bakıda səfərdə olan rusiyalı jurnalistlərlə görüşdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın Avrasiya İqtisadi Birliyində və digər təşkilatlarda iştirakının detallı təhlilini aparmaq lazımdır.
"Bizim bizə əlverişli olan ittifaqlarda iştirakımız mümkündür. Bunun üçün ilk növbədə ittifaqa qoşulmağın mənfi və müsbət tərəfləri araşdırılmalıdır".
Bu Avrasiya İqtisadi Birliyinə daxil olmaqla bağlı Azərbaycan rəsmilərinin ilk açıqlaması deyil.

Sevinc Həsənova - İqtisadiyyat və Sənaye nazirinin müavini
Sentyabrda "Sputnik" agentliyinə müsahibəsi zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmağının istisna edilmədiyini bildirib.
“Heç vaxt heç vaxt demə”, - Azərbaycan XİN rəhbəri bildirib. Onun sözlərinə görə, Azərbaycan Avrasiya bloku ölkələri ilə çoxsaylı ikitərəfli münasibətlərin qurulmasına diqqət yönəldir.
Məlumdur ki, Ermənistanda Avrasiya İqtisadi Birliyinə daxildir. Bu iqtisadi birilik ora daxil olan dövlətlərlə gömrüksüz ticarət hüququ verir. Azərbaycan isə Ermənistanla Dağlıq Qarabağ münaqişəsi həll edilməyincə heç bir iqtisadi əməkdaşlığa getməyəcəyini dəfələrlə bəyan edib. Amma Avropa İqtisadi Birliyi dövlətləri siyasi əməkaşlığa və iqtisadi güzəştlərə səsləyir. 29 may 2014-cü il tarixində Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələr bir-birinin xarici ticarətlə bağlı qərarlarını koordinasiya edə bilirlər. Ermənistan da Avrasiya İqtisadi Birliyi ilə 9 oktyabr 2014-cü ildə təşkilata üzvülük barədə müqavilə imzalayıb. Müəyyən müddətdən sonra isə ölkələr arasında ticarət və gömrük rüsumları sıfra endirilir, yəni iqtisadi baxımdan müəyyən faydaları var.

AİB ölkələrin xəritəsi
Prezidentin keçmiş müşaviri Qalib Hüseynli bildirir ki, Azərbaycanın bu ittifaqa daxil olması yalnız Rusiyanın bizim şərtlərimizi qəbul edəcəyi təqdirdə mümkün ola bilər. “Bu şərtlərə isə ilk növbədə Ermənistan tərəfindən işğal olunan yeddi rayonun qaytarılması, daha sonra Dağlıq Qarabağın statusu məsələsində Azərbaycanın mövqeyinə yaxın mövqe nümayiş etdirilməsi daxildir. Yalnız bunlar icra olunarsa, Azərbaycan Avrasiya İttifaqına daxil ola bilər”,- deyə politoloq vurğulayıb.

Birliyə daxil olan ölkələrin prezidentlərinin görüşü
İqtisadi güzəştlərə və asılılıqlara gəldikdə isə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olduqdan sonra iqtisadi artımının 7,7 %-ə yüksələ biləcəyini deyir. Hazırda Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempi 6%-dir.

Vüqar Bayramov Azəbaycan İttifaqa daxil olduqda onun istehsal etdiyi məhsullar asanlıqla bu bazarda hərəkət edə biləcək. Bu da Azərbaycanın gəlirlərinin artmasına səbəb olacaq. Amma Vüqar Bayramov Azərbaycanın İqtisadi Birliyə Britaniya modeli əsasında daxil olmasının vacibliyini vurğulayır: “Bu modeldə üzv ölkələr müəyyən istiqamətlər üzrə iqtisadi suverenliyini qoruya bilir. Britaniya modelinin tətbiq edildiyi ölkələrdə enerji məsələləri ilə bağlı qərarlar müstəqil formada qəbul edilir. İqtisadçı Aİİ-yə girməyin Azərbaycanın həyata keçirdiyi layihələrin gələcəyi üçün də heç bir təhlükənin yaranmadığını bildirir.
Azərbaycan Aİİ-yə daxil olmaqla Dağlıq Qarabağ münaqişəsinin həllində uğura nail olacaqsa, bu məsələdə istənilən itki ilə razılaşmağa dəyər. Məsələn, Aİİ ilə müqavilədən sonra Azərbaycan Avropa ölkələri ilə azad ticarət anlaşmasını imzalaya bilməz. Çünki Avropa İttifaqı ilə azad ticarət müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri heç bir gömrük ittifaqına daxil olmamaqdır. Həmçinin Azərbaycan bu ittifaqa daxil olmaqla gələcəkdə Avropa İttifaqı ilə assosiativ saziş imzalamaq imkanını itirir.
Həmçinin oxuyun: Azərbaycan Rusiya ilə birləşir