Axşam.az-ın məlumatına görə, qızı ilə fotolarını sosial şəbəkədə paylaşan sənətçi onu belə təbrik edib:
“Dənizim, ad gününü təbrik edirəm! Sən mənim xoşbəxtliyim, həyatımın ən gözəl varlığısan. Yolun, bəxtin açıq olsun. Həyat sənə gülsün. Rəbbim bütün balaları qorusun!”.
Qeyd edək ki, Zülfiyyə Xanbabayeva keçmiş “Simurq” futbol klubunun prezidenti Zaur Məmmədovla ailəlidir. Cütlüyün övladı Dəniz 2007-ci ilin bu günü dünyaya gəlib.
