Şəmkirdə əmioğulları baba evindən oğurluq ediblər.
Kəpəz TV (Region TV) xəbər verir ki, Şəmkir rayon sakinləri Elman və Qədir Rüstəmovlar babalarına məxsus evə gizli yolla daxil olaraq oradan 2 min manat nağd pul, geyim və xeyli miqdarda qiymətli əşyalar oğrulayıblar. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Milli.Az