Şahzadə narkotik maddə daşıyarkən tutuldu. ANS PRESS-in məlumatına görə, Livanda yaxalanan şahzadə polis tərəfindən saxlanılıb.

Məlumata görə, Beyrutdaki Refik Hairiri beynalxalq Hava limanında Səudiyyə Ərəbistanından olan bir şahzadəyə məxsus şəxsi təyyarədə yoxlama aparılıb. Nəticədə oradan nə az, nə çox düz 2 ton narkotik maddə tapılıb.
Bu Livan tarixindəki ən böyük narkotik maddə qaçaqmalçılığı olub.

France Press agentliyinin məlumatına görə, saxlanılan arasında şahzadə Abdül Muhsin Bin Velid Bin Əbdüləziz dən başqa daha 4 ərəb var.

Təyyarənin Səudiyyə Ərəbistanına uçması planlaşdırılmışdı. Orda tapılan narkotik vasitə - amfetamin 40 çemodana saxlanmış formada olub.

Şahzadə 2 ton narkotiklə tutuldu
Şahzadə 2 ton narkotiklə tutuldu
Şahzadənin təyyarəsində əməliyyat keçirilib.


Xatırladaq ki, sentyabrın 25-də ABŞ-ın Los Anceles şəhərində də ərəb şahzadə saxlanılmışdı. Məcid Əbdüləziz Əl Səud seksual zorakılıqda ittiham edilirdi. Polisin məlumatına görə, 28 yaşlı şahzadə Beverli Hİllsdəki mülkündə çalışan işçi qadına qarşı dələduzluq edib.
Lakin o 300 min dollar pul girov verərək həbsxanadan çıxa bilib.

Şahzadə 2 ton narkotiklə tutuldu
Məcid Əbdüləziz Əl Səud