S.Məmmədov hazırda lisenziyaların verilməsi ilə əlaqədar təmsil etdiyi Nazirliyin işçilərinə bəzi təlimlər keçirildiyini açıqlayıb: "Bilirsiniz ki, "ASAN" xidmətin işçilərlə bağlı xüsusi tələbləri var. Bu baxımdan biz öz işçilərimizə təlimlər keçirik. Tezliklə lisenziyaların verilməsinə başlanılacaq".
"Müddəti bitmiş yaxud vaxtı ötmüş lisenziyaların verilməsinə noyabrın 2-dən başlanılacaq. Yeni müraciət edən sahibkarlar isə tələsməsinlər, onların da müraciəıtlərinə tezliklə baxılacaq. Lisenziyaları Bakıda 5 saylı "ASAN" Xidmət Mərkəzi və regionlardakı "ASAN" xidmət mərkəzləri verəcək", - deyə nazir müavini vurğulayıb.