Oktyabrın 22-də Mahirə Məmmədovanın evindən 2000 manat, geyim və məişət əşyaları oğurlayan şəxslər saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Elman Rüstəmov və Qədir Rüstəmov tutulub.