ANS PRESS-in məlumatına görə, bu sözləri Qafqazşünasların Elmi Cəmiyyətinin prezidenti Aleksandr Krılov deyib.
Krılov sözlərini Aİİ-ı daxilində prosidur qaydaları ilə əsaslandırıb.
Onun sözlərinə görə, qaydalara əsasən Azərbaycanın bu ittifaqa daxil olmasına Ermənistan da razılıq verməlidir. Onun fikrincə, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına tərəf real dönüşündən danışmaq hələ tezdir.
“Daxil olmaq barədə bəyanat deklarativ xarakter daşıyır. Bakının Aİİ-yə tərəf real dönüşündən isə danışmaq hələ tezdir. Azərbaycan Aİİ-nin əksər üzvləri ilə sıx iqtisadi əlaqələri olan dövlətdir. Amma Aİİ-də bütün qərarlar konsensus yolu ilə həll edilir. Daxil olmaq prosedurunun başlanması üçün Aİİ-nin bütün üzv dövlətlərinin razılığı alınmalıdır”, deyə Krılov bildirib.

Aleksandr Krılov - Qafqazşünasların Elmi Cəmiyyətinin prezidenti
Ekspert bildirib ki, Azərbaycan ilə münasibətləri düzəlməyənə qədər Ermənistandan belə bir razılığın alınmasına ümid etmək real deyil. Ona görə də yaxın perspektivdə Azərbaycanın Aİİ-yə daxil olmasına dair bütün bəyanatlar, həyata keçirilmə şansı olmadan bəyanat xarakteri daşıyacaq.
Məlumdur ki, son vaxtlar Azərbayanın Aİİ-nə daxil olacağı ilə bağlı xəbərlər tez-tez yayılır. Artıq xarici işlər naziri Elmar Məmmədyarov və İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova Azərbaycanın bu ittifaqa daxil olmasını istisna etmədiklərini deyiblər.

Hazırda isə Ermənistan bu təşkilatın tam hüquqlu üzvüdür. Həmçinin İttifaq daxilində müəyyən güzəştlər əldə etməyə başlayıb. Ermənistan höküməti keçən tarix boyu daima Rusiyanın vassalı olduğunu dolayısı yollarla bəyan edib. İndi isə Rusiyanın başçılıq etdiyi bir təşkilatda onun vassalının nə qədər söz sahibi olduğu sual doğurur.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanla sülh müqaviləsi bağlanmayana qədər Azərbaycanın bu təşkilata üzvülüyü real görünmür.
“Belə bir məqamda Ermənistanın bu ittifaqa üzvülüklə bağlı Azərbaycana maneəçilik törətməsi barədə fikirlər düzgün deyil. Amma sülh müqaviləsi bağlandıqdan sonra Ermənistan Azərbaycana bu ittifaqa daxil olmaqla bağlı etiraz edə bilməz. Çünki bu dövlətlərin birgə qərarı əsasında reallaşacaq”.

Elxan Şahinoğlu - “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
Elxan Şahinoğlunun fikrincə, Rusiyanın başçılıq etdiyi bir təşkilatda Ermənistan hər hansı bir məsələyə etiraz edə bilməz.
“Rusiya Azərbaycanı bu təşkilata dəvət etsə, Ermənistanın bu məsələdə deyəcək heç bir sözü olmayacaq. Çünki Ermənistan daima Rusiyanın təsiri və təzyiqi altında olan bir dövlətdir. Buna görə Rusiyanın verdiyi qərarların əleyhinə çıxması real görünmür”.

Aİİ-na daxil olan dövlətlərin 2014-cü il iclası
Siyasi baxımdan Rusiyanın diktəsi ilə fikirlərini ifadə edə bilməyən Ermənistan iqtisadi baxımdan da ittifaq daxilində böyük nüfuza malik deyil. Dünya Bankının ölkələrin Ümumi Daxili Məhsulunun (ÜDM) həcminə görə, 2014-cü ildə açlıqladığı rəqəmlərə nəzər saldıqda görərik ki, Ermənistan post – sovet ölkələri arasında sonuncu yeri tutur.
Ermənistan keçmiş sovet respublikaları arasında ən aşağı göstəriciyə malik olmaqla bərabər (10 milyard dollar) ÜDM həcminə görə dünyada 135-ci yerdədir. Bu baxımdan Azərbaycan və Ermənistan ÜDM-ini müqayisə etsək, Azərbaycanın Ermənistanı 7 dəfə qabaqladığının şahidi olarıq. Azərbaycan 75 milyard dollarla post-sovet məkanı ölkələri arasında 4-cü yerdədir.

Mənbə: Dünya Bankı (2014 -cü il)
Ümumilikdə isə ittifaqa daxil olan ölkələrin yerləşdiyi regionlara nəzər saldıqda Ermənistanın bu təşkilata üzvülüyü sual altında qalır. Çünki ilkin məlhələdə Gömrük İttifaqı adlandırılan bu təşkilata daxil olan dövlətlərlə heç bir quru sərhədi yoxdur. Ona görə də Ermənistan ittifaqda ciddi iqtisadi və siyasi fiqur ola bilməz. Amma Ermənistandan fərqli olaraq Azərbaycan bəzi təşkilat dövlətləri ilə birbaşa quru və su sərhədinə malikdir.

Aİİ-nə daxil olan dövlətlər
Məsələn Azərbaycan İttifaqın əsas fiquru Rusiya ilə həm su, həm də quru sərhədinə malikdir. Ona görə də Azərbaycanın bu təşkilata hazırda iqtisadi tənəzülü ilə yük olan Ermənistandan daha çox fayda gətirə bilər. Bələ bir iqtisadi imkanları olmayan dövlətin Azərbaycanı təşkilatın sıralarına daxil olmağa maneə törədə biləcəyi real görünmür. Ermənistan Azəbaycanın qarşısını yalnız işğal etdiyi Dağlıq Qarabağ vasitəsi ilə kəsə bilər. Amma faktlar göstərir ki, Dağlıq Qarabağ işğaldan azad olunmayınca Azərbaycanın bu təşkilata daxil olması mümkünsüzdür.
Həmçinin oxuyun: Azərbaycan Putini intizarda saxlayır