ANS PRESS-in məlumatına görə, kanadalı müğənni Norveçin paytaxtı Osloda baş tutan konsertində 1 mahnı ifa edəndən sonra “məndən bu qədər” deyərək səhnəni tərk edib və bir daha geri dönməyib.
Castinin bu addımına tamaşaçıların onun ifa etdiyi "Boyfriend" mahnısına olan reaksiyası səbəb olub. Castin səhnəyə su tökərək oranı silməyə çalışıb, lakin ön cərgədə olan qızlar ona bunu etməyə imkan verməyib.
“Qızıl uşaq” ləqəbli ifaçı suyu silmək üçün tamaşaçılara müraciət edib: “Mənə 1 saniyə vaxt verin mən buranı silməyə çalışıram”. Lakin onun müraciəti effekt verməyib.
“Uşaqlar, artıq bu çox da əhəmiyət daşımır. Məndən bu qədər! Mən burada oxumaq istəmirəm” deyərək Biber səhnəni tərk edib və bir daha geri dönməyib.
Castin Biber konsert zamanı
Hərəkətinə görə, populyar müğənnin sosial şəbəkədə üzrxaxlığı özünü çox gözlətməyib. O, öz davranışını, ağır həftə keçirməsi və yuxusuz olması ilə izah edib.
“Təəsüf ki, bu həftə mənim üçün həqiqətən çətin olub. Bir neçə gündür yuxusuzam, amma kameraların, heyranlarımın önündə həmişə gümrah görsənməliyəm. Mən heç kimin xətrinə dəymək istəmirdim, amma ön cərgədə ki, tamaşaçıların mənə qulaq asmaması məni ruhdan saldı. Çox təəssüf edirəm, mənə olduğu kimi başqa insanlara da ziyan dəyib. Konsertdə arxa cərgələrdə olan insanlardan çox üzr istəyirəm. Çox təəsüf edirəm ki, sizin vaxtınızı aldım. Növbəti dəfə məmnuniyyətlə öz səhvimi düzəldərəm. Hörmətlə Castin”.
İfaçının üzrxaxlığı böyük rəğbətlə qarşılanıb.
Castin Biber - "Boyfriend"
Kanadalı müğənni, aktyor və model C.Biber karyerası, "Youtube" saytına qoyduğu videoların 2008-ci ildə Skot Braun tərəfindən kəşf edilməsiylə başlayıb. Daha sonra Skot Braun Castin Biberin meneceri olub. 2010-cu ildə MTV Avropa Musiqi Mükafatlarında "İlin Kişi Sənətçisi" mükafatını qazanıb.