Müğənni Günel Zeynalova bir neçə gün əvvəl dünyasını dəyişən nənəsi Zərifə xanımla bağlı təəssüratlarını bölüşüb.
Axşam.az-ın məlumatına görə, sənətçi onun üçün çox darıxdığını vurğulayıb:
"Can nənəm, həyatımda yaşamadığım anlardan birini gördüm. Səninlə gecəyarısına qədər oturduq, içimdə sənə dualar etdim. Sən, dərd dinləməyi, məsləhət verməyi sevərdin. İlk Türkiyəyə gəldiyim vaxtlarda - 1998-ci ildə "İbo şou"da geyindiyim qırmızı kostyumu qızılca olduğum üçün sən mənə tikmişdin. Səndən ötrü çox darıxacam. Bakıya qayıdanda ilk gəlib görmək istədiyim sən idin. İndi kimi görməyə gəlim?
Nənəm, sən ki mənlə bağlı hər xatirəni saxlayardın. İndi mən səndən fəxrlə danışıram. Çünki sən çox ürəyitəmiz, zəhmətkeş, diqqətcil xanım idin. İllərdir 6 övladını böyüdüb, tərbiyə verən, Ağdamın ən hörmətli ailəsinin Zərifə xanımı. Nənə, mən səndən danışa-danışa boğazım quruyur, gözlərim yaşla dolur. Bütün nəvələrin sənin olmayacağını düşündükcə, göz yaşı tökür. Biz səndən çox razıyıq, sən də bizdən razı ol. Öyrətdiklərin yaddaşımda qalacaq, səni heç bir zaman unutmayacağıq. Allahın rəhməti üzərində olsun".
Qeyd edək ki, Zərifə G.Zeynalovanın atası Rəhman Zeynalovun anasıdır.
Milli.Az