Hicri: 19 Məhərrəm 1437
İlin 305-ci günü
İlin sonuna 60 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05:48
Günəş – 07:10
Zöhr – 12:24
Əsr – 15:57
Məğrib - 17:53
İşa – 18:54
Əhəmiyyətli hadisələr
1604-cü ildə Şekspirin "Otello" faciəsi ilk dəfə Londonun "Uaytholl" sarayında səhnəyə qoyulub.
1800-cü ildə ABŞ prezidentlərinin iqamətgahı - "Ağ ev" istifadəyə verilib. Onun ilk sakini ABŞ-ın ikinci prezidenti Con Adams olub.
1897-ci ildə İtaliya futbol klubu Yuventus qurulub.
1906-cı ildə "Füyuzat" jurnalının ilk sayı çapdan çıxıb.
1907-ci ildə Rusiyada III Dövlət Duması fəaliyyətə başlayıb.
1922-ci ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 623 il tarixi olan Osmanlı İmperiyasının mövcudluğuna son qoyulub. Sonuncu Osmanlı hökmdarı VI Mehmed taxtdan endirilib.
1925-ci ildə İranda Rza xan Pəhləvi hakimiyyətə gəlib və bununla Qacarların hakimiyyətinə son qoyulub.
1927-ci ildə Mustafa Kamal Paşa (Atatürk) ikinci dəfə Türkiyə Respublikasının prezidenti seçilib.
1939-cu ildə Qərbi Ukrayna Ukrayna SSR-ə birləşdirilib.
1939-cu ildə Qərbi Belorusiya Belorusiya SSR-ə birləşdirilib.
1939-cu ildə Süni dölləmə yolu ilə ilk dovşan dünyaya gəlib.
1950-ci ildə Azərbaycan Texniki Universiteti fəaliyyətə başlayıb.
1993-cü ildə Maastrixt sazişi qüvvəyə minib və Avropa İqtisadi Birliyi rəsmən Avropa Birliyi adlandırılıb.
1993-cü ildə Azərbaycan Respublikası Müdafiə Şurasının ilk toplantısı keçirilib.
1994-cü ildə Azərbaycan Respublikası Qvatemala ilə diplomatik əlaqələr qurub.
1999-cu ildə Ankarada prezident Heydər Əliyevə Atatürk Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib.
1998-ci ildə Avropa İnsan Haqları Məhkəməsi təsis edilib.
2008-ci ildə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri "Moskva Bəyannamə"sini imzalayıb.
Doğumlar
1889-cu ildə Məşhur xanəndə Seyid Şuşinski dünyaya gəlib.
1923-cü ildə Qəzəlxan-şair Əliağa Bakir dünyaya gəlib.
1931-ci ildə Azərbaycan geoloqu Əliəşrəf Məmmədov doğulub.
1939-cu ildə Şair, publisist Məmməd İsmayıl anadan olub.
1939-cu ildə Bernar Kuşner – "Sərhədsiz həkimlər" təşkilatının həmtəsisçisi, 2007-ci ildən Fransanın xarici işlər naziri olub.
1944-cü ildə Rafiq Həriri – 1992-1998-ci illərdə Livanın Baş Naziri olub.
1924-cü ildə Süleyman Dəmirəl – Türkiyə Respublikasının 9-cu prezidenti olub.
1940-cı ildə Elmira Şabanova – azərbaycanlı aktrisa.
1973-cü ildə Ayşvariya Ray – hind aktrisası və model
Ölümlər
1903-cü ildə Teodor Mommzen – alman tarixçi, filoloq, hüquqşünas, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı.
2012-ci ildə Budaq Budaqov – Azərbaycan coğrafiyaşünası, coğrafiya elmləri doktoru, professor.
Bayramlar və xüsusi günlə
Niderland Antil adaları, Müstəqillik Günü
Azərbaycan, Kənd təsərrüfatı işçiləri günü
Meksika, Ölülər Günü