Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında qalmaqaldan uzaq olduğunu bildirib:
“Son zamanlar sakitləşmişəm. Hər verilişə getmirəm. Özümə qadağa qoymuşam. Əvvəlcə maraqlanıram, “efirdə kim olacaq, mövzu nədir?”. Düşünürəm ki, düzgün yoldayam. Mən hər bir halımla sevilirəm. Sakit olanda da insanlara başqa cür şirin gəlirəm. Məni yaşlı nəslin nümayəndələri də sevir. İndi heç kimə qalmaqal lazım deyil. Gərək elə sanballı qalmaqal edəsən ki, baxılsın. Əvvəl Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova gəldi. Onlardan sonra bizim nəsil gündəmdə oldu. Bizdən sonrakılar isə heç nə edə bilmədi. Hamısı təkrarçılığa başladı. Təkrarçılıqla isə heç nə əldə etmək olmur. Yenilik lazımdır".