Prodüser Tarix Əliyev (Tolik) "O səs Türkiyə"yə qatılan həmyerlilərimizə münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, Tolik orada türk dilində mahnılar oxuyanları qınayıb. O, eyni zamanda əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanı oradakı çıxışına görə təbrik edib:
"Azərbaycan musiqisi çox zəngindir. Onu gözəl ifa edib, tamaşaçıya çatdırsan, hər kəs anlayar və duyar. Buradan "O səs Türkiyə"yə gedən azərbaycanlılar anlamırlar ki, siz türk dilində oxumaqla özünüzü onlara şirin satmaq istəyirsiniz. Amma onlara şirinlik yox, səs və sənət lazımdır. Sağ ol, Aynişan, balaca ürəyinlə yenə də sübut etdin ki, məktəb başqa şeydir. Aybəniz Haşımovanı da təbrik edirəm. Daim qürur hissi ilə övladınıza baxasınız. Çalışın, azərbaycanlı olduğunuzu hər yerdə yüksək səviyyədə göstərəsiniz. Türkiyə də qardaş ölkədir, orada bəzi şirinlik edib, türk mahnısı ilə münsif qarşısına çıxanlar, sizdən orada çoxdur".
Milli.Az