Gədəbəydə 37 yaşlı qadını qonşunun uşaqları döyüblər.
Kəpəz TV (Region TV) xəbər verir ki, Gədəbəy rayon Əmiraslanlı kənd sakini, 37 yaşlı Nəzakət Məmmədova kəllə-beyin travması və bədənin müxtəlif hissələrinin əziyi diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Zərərçəkənin sözlərinə görə, o, yaşadığı kənddə qonşularının uşaqları tərəfindən döyülüb. Onun bağına girərək meyvə yığan uşaqlara iradını bildirən qadın onlar tərəfindən döyülüb.
Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Milli.Az