Bakı, 4 noyabr, AZƏRTAC
Bu ilin dekabrında Livanın paytaxtı Beyrut şəhərində Ərəb Dövlətləri Liqası, Orta Asiya, Azərbaycan iş adamları və investorlarının birinci konfransı keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar. Konfransda iştirak etmək istəyən sahibkarlar noyabrın 13-dək AZPROMO-ya müraciət etməlidirlər.