Bakı, 4 noyabr, AZƏRTAC
Ermənistanın Baş Mülki Aviasiya İdarəsi Cənubi Sudanda qəzaya uğrayan An-12 yük təyyarəsinin heyət üzvlərinin milliyyətinin dəqiqləşdirmək məqsədi ilə Tacikistanın Aviasiya İdarəsi ilə əlaqə saxlayır.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, qəzaya uğrayan An-12 təyyarəsinin Tacikistanın “Asia Airways” kompaniyasına məxsus olduğu bildirilir.
Bir qədər əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bu ölkənin Misirdəki səfirliyinə istinadla həyatını itirən heyət üzvləri arasında beş erməninin olduğu barədə xəbər vermişdi.
Cənubi Sudan ordusunun nümayəndəsi Filip Aquer ölkənin paytaxtı Cuba şəhərində An-12 tipli təyyarənin qəzaya uğraması nəticəsində bir Rusiya və beş Ermənistan vətəndaşının həlak olduğunu təsdiqləyib. Onun sözlərinə görə, yük təyyarəsi Sudana Tacikistandan uçub.