Dünyaca məşhur ifaçı Castin Biber Amerika dərgilərdən birinə müsahibə verərək, keçmiş sevgililərindən danışıb.

Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, müğənni həmkarı və bir vaxtlar eşq yaşadığı Selena Qomezə olan hisslərini də etiraf edib:

“Onun hazırki vəziyyətinə baxıb, qürur hissi keçirirəm. Kimisə güclü sevirsənsə, bu eşq heç vaxt ölmür. Ayrılsanız da hisslər qalır”.

Qeyd edək ki, Castin Biber hazırda model Ceyd Pirslə sevgilidir.