Xalq artisti Gülyaz Məmmədova bacısı Gülyanağın "Leyli və Məcnun"da oynadığı Leyli rolundan danışıb.
Sənətçi Publika.az-a bunları söyləyib:
"Gülyanaq Leyli obrazına dəvət alanda ona mane olmadım. Dedim, qoy necə istəyirsə, elə də oynasın. Leylidə onun öz nəfəsi, öz ifası olsun, məni təkrarlamasın. Mən 1992-ci ildə opera səhnəsində Leylini oynayanda Gülyanaq gəlib məşqlərimizi kənardan müşahidə edib. Hər Məcnunun özünəməxsus Leyliləri olub. Buna görə də onun istədiyi kimi Leyi olmasına şərait yaratdım".
Milli.Az