Azərbaycanlılar bu dəfə də türkiyənin ən məşhur müsiqi yarışı olan “O səs Türkiyə”də möhtəşəm performans göstəriblər.

ANS PRESS-in məlumatına görə, müsabiqəyə bu dəfə repçilərimiz qatılıb. "Nəğd pul" qrupu “Bizi tanımağınıza az qaldı" adlı rep söyləyiblər. Onlar münsifləri dərhal özlərinə tərəf döndərməyi bacarıblar.

Tamaşaçıları coşduran repçilərimiz Ebru Gündeşlə Hadisəni səhnəyə dəvət edərək rep oxuyublar.

Tamaşaçıların istəyi ilə eyni mahnını ikinci dəfə ifa edən azərbaycanlı ifaçılar sonda Gökhan və Hakan Özoğuzu seçiblər. Qrup əvvəl Türkiyənin daha bir yarışması "Yetənək sizsiniz”də çıxış ediblər.



Musiqi yarışmasının münsif kürsüsündə Ebru Gündeş, Hadisə, Murad Boz, Gökhan və Hakan Özoğuz əyləşir.

Bir neçə gün əvvəl Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva da müsabiqəyə qatılıb. Aynişan Quliyeva səhnədə Xalq artisti Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını ifa edib. Mahnı ilə yanaşı Aynişanın səsi də münsiflər heyəti tərəfindən bəyənilib.

Azərbaycanlılar "O səs Türkiyə"ni çoşdurdu (FOTO,VİDEO)
"Nəğd Pul" qrupu