Tokio, 4 fevral, AzərTAc
Yaponiyanın Baş naziri Şinzo Abe İŞİD yaraqlıları tərəfindən girov götürülmüş iki yapon vətəndaşının azad olunması üçün göstərdiyi köməyə görə Türkiyəyə minnətdarlığını bildirib.
Fevralın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışan Şinzo Abe girovların azad olunması üçün təklif etdiyi yardıma görə ona minnətdarlığını bildirib. Ş.Abe Yaxın Şərqdə sülhün və sabitliyin bərpa olunması üçün Yaponiyanın humanitar yardım göstərməkdə davam edəcəyini vurğulayıb.
Türkiyə Prezidenti öz növbəsində İŞİD tərəfindən qətlə yetirilmiş girovların ailələrinə və bütün yapon xalqına başsağlığı verib.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio