[ 04 Fevral 2015 14:21 ]



Bakı. Musa Əhmədov - APA-Economics. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinə yeni təyinat olub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, əvvəllər Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi işləmiş, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədov Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinə keçirilib.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin fevral ayının 2-də imzaladığı sərəncamı ilə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu”nda aparılan müvafiq dəyişikliklər təsdiq edilib.