İranlı deputat: Araz çayı üzərində yeni körpünün salınması Azərbaycanın və İranın maraqlarına uyğundur

İranlı deputat: Araz çayı üzərində yeni körpünün salınması Azərbaycanın və İranın maraqlarına uyğundur
11:43 12 Noyabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+


Tehran, 12 noyabr, AZƏRTAC 
Araz çayı üzərində Azərbaycanın Horadiz şəhəri ilə İranın Aslandüz bölgəsini birləşdirəcək körpünün salınması hər iki xalqın istəyidir. Yeni körpünün inşası hər iki ölkənin maraqlarına uyğundur.
Bu fikirləri İranın dövlət televiziyasına müsahibəsində ölkə parlamentinin iqtisadiyyat komitəsinin sədri Ərslan Fəthipur deyib. O bildirib ki, İran gələcəkdə Azərbaycanla iqtisadi və ticarət əlaqələrini daha da genişləndirmək niyyətindədir və bu səbəbdən yeni körpünün salınması zəruridir. Bu körpü insanların qarşılıqlı gediş-gəlişini asanlaşdırar və sərhəd regionlarında ticarətin inkişafına, insanların rifah halının yaxşılaşmasına təkan verər.
İran parlamentinin deputatı qeyd edib ki, Yol və Şəhərsalma Nazirliyinin mütəxəssisləri ötən həftə ərazidə olub və körpünün tikiləcəyi yeri müəyyənləşdiriblər.
Yeni körpüdən yük avtomobillərinin keçməsi də nəzərdə tutulub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR