Komandalararası Avropa çempionatı başlayır

Bu gün Islandiyanın paytaxtı Reykyavik şəhərində Komandalararası Avropa çempionatı start götürəcək.

Ümumilikdə çempionatda birincilik uğurunda 66 komanda mübarizə aparacaq. Ölkəmizi - Aleksandr Xalifmanın kapitanı olduğu kişilərdən ibarət seçmə komandamızda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir HüseynovArkadi Naydiç təmsil edəcək. Fikrət Sideifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət milli komandamız isə Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Xəyalə AbdullaNərmin KazımovaÜlviyyə Fətəliyevadan ibarətdir.

Çempionat İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçiriləcək və noyabrın 18-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR