Sığortanın təbliği məqsədilə Marketinq Planı hazırlanır

Sığortanın təbliği məqsədilə Marketinq Planı hazırlanır
12:48 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Noyabrın 11-də Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) 2016-cı il üzrə sığorta maarifləndirilməsi sahəsində Marketinq Planının hazırlanmasına həsr edilmiş görüş keçirilib.

ASA-dan Trend-ə verilən məlumata görə, Sığorta Maarifləndirilməsi Sahəsinə Marketinq Planı Azərbaycanda sığorta işinin təbliği, sığortanın faydalarının geniş əhali kütləsinə izahını, eləcə də müxtəlif sığorta növləri barədə məlumatlandırılmasını nəzərdə tutur. 12 yerli sığorta şirkətinin marketinq direktorlarının qatıldığı görüşdə maarifləndirmənin əhatə edəcəyi sahələr müzakirə edilib.

Qeyd olunub ki, maarifləndirmə tədbirləri ilkin olaraq insanların ən çox qarşılaşdığı problemlər – məlumatsızlığın aradan qaldırılması, sığortaya inamın yüksəldilməsi və sığorta prosedurlarının sadələşdirilməsi prosedurlarını əhatə etməlidir. Bu tədbirlər geniş əhali kütləsinin sığortadan istifadəyə marağını artıracaq.

Sığorta maarifləndirilməsi üzrə Marketinq Planında ölkə əhalisinin bütün mümkün vasitələrlə - TV, radio, internet və çap materialları vasitəsilə sığorta barədə maksimum məlumatlandırılması hədəflənir.

Görüşdə qərara alınıb ki, sığorta şirkətləri Marketinq Planı ilə bağlı təkliflərini bir həftə ərzində ASA-ya təqdim etsinlər. Toplanmış təkliflər əsasında və ümumi müzakirdən sonra dekabrın sonlarında Marketinq Planının hazırlanması başa çatdırılacaq. Planın reallaşdırılmasına isə 2016-cı ilin əvvəlindən başlanması nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2455448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR