İsrail yığması şahmat üzrə Avropa Komanda çempionatlarında iştirak etməyəcək

İsrail yığması şahmat üzrə Avropa Komanda çempionatlarında iştirak etməyəcək
14:48 12 Noyabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, kişilər və qadınlar arasında şahmat üzrə Avropa komanda çempionatlarının iştirakçıları noyabrın 11-dən başlayaraq İslandiyanın paytaxtına gəlirlər.
İsrail yığmasının kapitanı Aleks Kaspi Rusiya saytına müsahibəsində bildirib ki, əgər bu gün axşamadək maliyyə məsələsi həll olunsa, İsrail yığması da Reykyavikdə oynamaq şansı qazanacaq.
Lakin son nəticədə bürokratik əngəllər səbəbindən bu məsələ müsbət həll olunmayıb. Beləliklə, İsrail komandası haqqında əvvəlki məlumat doğru oldu – bu komanda çempionatda iştirak etməyəcək.
Avropa Birinciliyində 36 ölkənin yığmaları, o cümlədən Azərbaycan komandası iştirak edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Israil_yigmasi_sahmat_uzre_Avropa_Komanda_chempionatlarinda_istirak_etmeyecek-901359

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR