Şahmatçılarımız komandalararası Avropa çempionatında iştirak edəcəklər

Şahmatçılarımız komandalararası Avropa çempionatında iştirak edəcəklər
17:38 12 Noyabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 13-də Reykyavikdə komandalararası şahmat üzrə Avropa çempionatı start götürəcək.
AZƏRTAC xəbər verir ki, ümumilikdə çempionatda birincilik uğrunda 66 komanda mübarizə aparacaq.
Mötəbər turnirdə Azərbaycanın idman şərəfini Aleksandr Xalifmanın kapitanı olduğu kişilərdən ibarət milli komandamız - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Arkadiy Naydiç qoruyacaq.
Məşqçi Fikrət Sideifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət yığmamızın heyətində isə Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla, Nərmin Kazımova və Ülviyyə Fətəliyeva yer alıblar.
Noyabrın 18-dək davam edəcək çempionat İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR