Məktəblilər Hüseyn Cavidin Ev Muzeyində

Məktəblilər Hüseyn Cavidin Ev Muzeyində
20:48 12 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Nəsirəddin Tusi adına Gimnaziyanın IX sinif şagirdləri Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində olublar.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsində şagirdlərə böyük şair, dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Məktəblilər burada müxtəlif eksponatlarla tanış olublar.
Muzey fondunun təsviri sənət və heykəltəraşlıq bölməsində görkəmli ədibə həsr edilən 50-dən artıq boyakarlıq, qrafika, tətbiqi sənət və heykəltəraşlıq nümunələri şagirdlərin marağına səbəb olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR