Beyrutda partlayış: 37 ölü, azı 180 yaralı

Beyrutda partlayış: 37 ölü, azı 180 yaralı
23:19 12 Noyabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

 Livanın paytaxtı Beyrutda törədilmiş iki partlayış nəticəsində 37 nəfər ölüb, azı 180 nəfər yaralanıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə rəsmi qurumların məlumatında bildirilir.  

 

Livanın baş naziri Təmmam Salam faciə ilə əlaqədar noyabrın 13-nə ölkədə matəm elan edilib.  Məlumata görə, sabah ölkə ərazisində bütün dövlət qurumları və təhsil ocaqları bağlı olacaq.     

 

Qeyd edək ki, partlayışlar Beyrutun cənub ətrafında yerləşən “Burc əl Baracn” düşərgəsində törədilib.  

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR