Hər kim qonşusuna əziyyət verərsə...

Hər kim qonşusuna əziyyət verərsə...
23:47 12 Noyabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Günü-gündən ictimai rabitələrin qəlizləşməsi və rabitə vasitələrinin artması qonşu münasibətlərinə də öz təsirini qoyur. Şübhəsiz ki, uşaqların, yeniyetmələrin ictimai rabitə və əxlaq problemləri də məhz bu mövzudan qaynaqlanır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  qonşu - insanın rəftar və əxlaqına təsir qoya bilən amillərdəndir. Yaxşı qonşular bir məhəlləni cənnətə çevirər və hər kəs bir-biri ilə həmdərd və həmrəy olar. Bəla və şadlıqda bir-birinin yanında olarlar. İnsanın yoxsul və ehtiyaclı zamanında əlindən tutarlar. Qonşu insanın himayə çətiri ola bilər. İnsan özünü həmin məhəllədə təhlükəsiz və amanda hiss edər.
Qonşu bəzən qonşusu bir yerə gedən zaman uşaqlarına və ya qoca yaşlılarına xidmət edərlər və onlara qohumdan da yaxın olarlar.
Bəs nə edək ki, qonşularımızla yaxşı rabitə qura bilək?
 
1. Qonşunu tanımaq və ona sevgi bəsləmək. Bunun üçün qonşuya məhəbbbət göstərməli və ona qarşı səmimi olmalı. Lazım olanda fədakarlıq edib, güzəşt etməli.
 
2. Yaxşılıq etməkdə qabaqcıl olmaq. Yaxşılıq etməkdə qabaqcıl olmaq - mömin insanların sifətlərindəndir. İnsan qonşunun laqeydliyini görən zaman ona yaxşılıqla elə cavab verə bilər ki, dostluğa səbəb olar. Bəzən onlara hədiyyə almaq və ya ehsan etmək lazımdır. İlahi övliyalar da belə ediblər.
 
3. Bir-birinin haqqını qorumaq. İnsan gərək ətrafında olan hər kəsin haqqını qorusun - istər ata və anasının haqqı olsun, istərsə də qonşusunun haqqı. Həzrət Peyğəmbər (s) buyurur: "Cəbrayil (ə) mənə qonşularla bağlı o qədər tövsiyələr edirdi ki, güman edirdim ki, qonşu qonşudan irs aparır".
İslam dini buyurur ki, qonşunun qonşu üzərində haqqı vardır və bu haqqın ən kiçiyi odur ki, səndən yardım istəyən zaman, ona yardım edəsən. Əgər borc istəsə, borc verəsən. Əgər xəstə olsa, ziyarətinə gedəsən. Əgər başına müsibət gəlibsə, ona təskinlik verəsən.
 
4. Xoşrəftar olmaq. Aydındır ki, insan əgər ətrafında olanlarla xoşrəftar olarsa, qarşılıqlı ehtiramı görər. İmam Sadiq (ə) buyurur: "Qonşunuzla xoşrəftar olun, cünki Allah buna əmr etmişdir".
 
5. Əmr-be-məruf edin. İnsan əgər qonşusundan əxlaqa zidd rəftarlar görərsə, yaxşı olar ki, təhqirdən çəkinərək xoş dillə bunu ona başa salsın. Bu zaman səbirli və xeyirxah olsun. Heç bir müsəlman əmr-be-məruf və nəhy-əz-munkərdən qafil olmamalıdır, o cümlədən qonuşusuna qarşı.
Dinimiz qonşusuna əziyyət verənləri həmişə məzəmmət etmişdir. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim qonşusuna əziyyət verərsə, mənə əziyyət vermiş olar. Hər kim məni incidərsə, Allaha əziyyət etmiş olar. Hər kim qonşusu ilə vuruşarsa, mənimlə vuruşmuş olar". 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/381939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR