İspaniya 17 min qaçqını qəbul edəcək

İspaniya 17 min qaçqını qəbul edəcək
00:04 13 Noyabr 2015
33 Dünya
Ölkə mətbuatı
A- A+

 İspaniya Avropa İttifaqının kvotaları üzrə 17 mindən çox qaçqını qəbul edəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu  barədə Aİ-Afrika sammitində İspaniya hökumətinin sədri Marianno Raxoy bildirib.

 

Baş nazirin sözlərinə görə, noyabrın 8-də İtaliyadakı qaçqınların qəbulu üzrə birinci pilot layihə start götürüb.  Raxoy qeyd edib ki, layihə 17 mindən çox qaçqının ölkə ərazisində yerləşdirilməsinə imkan verəcək.  

 

Hökumət rəhbəri qeyd edib ki, qaçqınlarla bağlı vəziyyət kritik olaraq qalmaqdadır və bununla bağlı birgə addımlar atılmalıdır. Baş nazir müharibə, yoxsulluq və imkanların məhdud olmasının miqrasiya böhranına səbəb olduğunu qeyd edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR