​Livanda 40-dan çox insan terror aktının qurbanı olub

​Livanda 40-dan çox insan terror aktının qurbanı olub
00:42 13 Noyabr 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Livanın paytaxtı Beyrutun Bürc-əl-Barajne qəsəbəsində baş verən iki partlayış nəticəsində 40-dan çox insan həlak olub.
"Report" xəbər verir ki, bu barədə yerli "Daily Star" qəzetinə istinadən "İnterfax" məlumat yayıb.
Bundan əlavə, ən azı 117 nəfər törədilən partlayışlar nəticəsində yaralanıb. Hadisə yerində xilasedicilər və "təcili yardım" əməkdaşları işləyir.
İlkin məlumatlara görə, hər iki bombanı terrorçu-kamikadzelər partladıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/livanda-40-dan-cox-insan-terror-aktinin-qurbani-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR