Bakıda yol maşını "uddu" - FOTO

Bakıda yol maşını "uddu" - FOTO
09:12 13 Noyabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunda yol çöküb. APA-nın məlumatına görə, hadisə Cəfər Xəndan küçəsində baş verib.

Yol kənarında dayanmış "Nissan" markalı avtomobil yaranmış yarğana düşüb. Hadisə yerinə xüsusi texnika çağırılıb, avtomobil çıxarılıb.
 
Bundan başqa, yoldan keçən bir nəfər qaranlıqda yaranmış yarğanı görməyib və o da ora düşüb. Xoşbəxtlikdən, həmin şəxs heç bir xəsarət almayıb.
 
Qeyd edək ki, Cəfər Xəndan küçəsindən yeraltı kanalizasiya xətti keçir. Kanalizasiya xəttində baş verən qəza nəticəsində yol yatağı yuyulub. Bu səbəbdən yolda çökmə baş verib.
 
"Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli APA-ya bildirib ki, kanalizasiya xəttinin qəza baş vermiş hissəsində təmir işlərinə başlanılıb. Daha sonra isə yolun bərpası istiqamətində işlər aparılacaq.
  
"Bakı Sukanal" idarəsinin rəis müavini Əlizadə Nəsirov isə APA-ya deyib ki, qəza baş vermiş kanalizasiya xətti 25 ildən artıqdır istismar olunur. Bu səbəbdən 1200 mm-lik xətdə aşınma olub, nəticədə çökmə əmələ gəlib. Əlizadə Nəsirov yarğana avtomobilin və insanın düşdüyünü təsdiqləyib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/382051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR