Bakıda Regional Rabitə Birliyinin informasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli işçi qrupunun növbəti iclası keçiriləcək

Bakıda Regional Rabitə Birliyinin informasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli işçi qrupunun növbəti iclası keçiriləcək
11:06 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakıda bu  il dekabrın 2-5-də keçiriləcək beynəlxalq “Bakutel 2015” sərgi-konfransı çərçivəsində Regional Rabitə Birliyinin informasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli işçi qrupunun növbəti iclası keçiriləcək.
 
 
“ICTnews” xəbər xidmətinin Regional Rabitə Birliyinə  istinadən verdiyi məlumata əsasən, tədbir çərçivəsində MDB ölkələrində informasiya cəmiyyətinin inkişafının perspektiv istiqamətləri müəyyən ediləcək.
 
 
Azərbaycan rabitə və yüksək texnologiyalar  nazirinin müavini Elmir Vəlizadə iclasda “RRB-yə üzv ölkələrdə rəqəmli bazarın inkişafı perspektivləri haqda”  və “İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli işçi qrupun 2016-2017-ci illərdə iş planının layihəsi” mövzusunda məruzə ilə çıxış edəcək.
 
 
Tədbir çərçivəsində həmçinin “RRB-yə üzv ölkələrdə elektron hökumət infrastrukturunun inkişafı”, “İnternet infrastrukturunun beynəlmiləlləşdirilməsi məsələləri”, “Proqram təminatı bazarında inhisarçılığın qarşısının alınması”, “İKT-də  təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq”, “İnformasiya təhlükəsizliyi sahəsində MDB-də əsas təşkilatın  fəaliyyət istiqamətləri haqda” və s. mövzularda məruzələr təqdim ediləcək.
 
 
 
Aynur Vəliyeva
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-39805-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR