Xəzər TV-nin jurnalistini döydülər - video

Xəzər TV-nin jurnalistini döydülər -  video
13:41 13 Noyabr 2015
74 Şou
Ölkə mətbuatı
A- A+

Cəlilabadda idarə rəisi jurnalistə hücüm edib.

Axşam.az XəzərNew.az-a istinadən xəbər verir ki, buna səbəb Xəzər TV nin Cəlilabad bürosunun müxbiri Rəhman Məlikovun rayon ərazisində qaz abonentlərinə istifadə etdiklərindən artıq yazılmış qeyri-qanuni borcala bağlı hazırladığı sujet olub.

Qarşı tərəf kimi jurnalist Cəlilabad Qaz İstismar Sahəsindən mövcud məsələ ilə bağlı bir neçə dəfə açıqlama almaq istəsə də idarənin rəisi Günəşli Nurəliyev nəinki açıqlama verməyib, hətta öz peşə borcunu yerinə yetirən jurnalistə qarşı güc tətbiq edib.

Kadrlardan göründüyü idarə rəisi əlləri ilə jurnalistin boğazından yapışaraq ona qarşı güc tətbiq edir. Artıq jurnalist faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40707

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR