Beyrutda qan gölü: 48 ölü, 187 yaralı - TƏFƏRRÜATLAR - FOTO

Beyrutda qan gölü: 48 ölü, 187 yaralı - TƏFƏRRÜATLAR - FOTO
14:47 13 Noyabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması Beyrutun cənub həndəvərindəki terror partlayışlarına görə məsuliyyəti üzərinə götürüb.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Burc-əl-Bəracan qaçqın düşərgəsində dalbadal baş verən iki partlayışda 48 nəfər həlak olub, 187 nəfər yaralanıb.
Partladıcı qurğuları iki "canlı bomba" işə salıb.
Livanın DİN başçısı Nuhad əl Məşnukun dediyinə görə, İŞİD-in üçüncü "canlı bomba"sı partladıcı qurğunu işə salanadək həlak olub.
"Canlı bomba"lar ekspress-poçt və ərzaq daşımaq üçün istifadə edilən motosikllərdə olublar. Bu səbəbdən onlar sakinlərin sıx yaşadıqları məhəllədəki blokpostlardan keçə biliblər.
Teraktlar populyar "Əl Mənsur" ticarət mərkəzi və məscidin yerləşdiyi Əyn-əl-Siqha meydanında törədilib.
Baş nazir Tamam Salamın qərarı ilə bu gün Livanda milli matəm elan olunub.
Burc-əl-Bəracanın sakinlərinin əksəriyyəti şiələrdir.
İŞİD-in bu qanlı teraktları Suriyaya döyüşçülərini yollamış "Hizbullah"dan qisas almaq məqsədilə törətdiyi vurğulanır.
 

Milli.Az
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/382059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR