Azərbaycanlılardan tualet fırçası və diş pastası hədiyyəsi (VİDEO)

Azərbaycanlılardan tualet fırçası və diş pastası hədiyyəsi (VİDEO)
17:46 13 Noyabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) İranın Ukraynadakı fövqəladə və salahiyyətli səfirinə İranın İRİB TV-2 kanalında yayımlanan “Fitilə” adlı televiziya komediyasında azərbaycanlıların təhqir olunmasına etiraz olaraq qeyri-adi atıb. Belə ki, xüsusi qutuda tualet fırçası və diş pastasını "hədiyyə" göndərilib.

Bu barədə UABD-dən məlumat verilib. "Hədiyyə" səhər “kuryer” vasitəsilə səfirliyə hədiyyə göndəriblər. UABD fəalları bu aksiya ilə bağlı video-çarx da hazırlayıblar.

Bununla da UABD fəalları sosial-ictimai aksiyaya hamını dəvət ediblər. Dünyanın müxtəlif ölkələrində olan İran səfirliklərinə bu cür “hədiyyələr”in göndərilməsinə çağırış olan həmin video-çarxı diqqətinizə çatdırırıq.

Qeyd edək ki, bir çox milli-ideoloji layihələrə imza atan UABD həmyerlilərimizin mənafeyini qoruyan Azərbaycan diaspor təşkilatlarındandır. Təşkilatın rəhbəri Hikmət Cavadovdur. Bu ictimai etiraz layihəsinin sosial şəbəkələrdə yayılma və dəstək alma prosesinin inkişaf mərhələsilə sizi tanış edəcəyik.



Həftəsonundan başlayaraq İranda azərbaycanlılar kütləvi şəkildə etiraz aksiyası keçiriblər. ANS PRESS-in İran mətbuatına istinadən verdiyi məlumatına görə, etirazlara səbəb İranın “Kanal 2” (İRİB) telekanalında yayımlanan verilişdə azərbaycanlıların təhqir edilməsidir. Belə ki, sözügedən verilişdə bildirilmişdi ki,azərbaycanlı uşağın ağzından pis iy gəlir, onsuzda onlar diş fırçası ilə tualet fırçasını bir-birindən ayıra bilmirlər.

Verilişdə səsləndirilən bu fikirlər İranda yaşayan azərbaycanlıların etirazına səbəb olub və küçələrə axışıblar. Etiraz aksiyaları Güney Azərbaycanın Təbriz, Urmiyyə, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Haray, haray, mən Türkəm”,”Ölüm olsun rasizmə”, kimi şüarlar altında keçirilib.


Təbrizdəki etiraz aksiyası

İranda azərbaycanlıların ayağa qalxmasına səbəb olan proqram bağlandı. "Fitile" adlı proqram təhqirə yol verdiyi üçün İran Radio və Televiziya Qurumu tərəfindən yayından çıxarılıb. Qurumun rəhbəri Məhəmməd Serafraz bu hadisəyə görə üzr istəyib.

Bununla bağlı olaraq İranın Azərbaycandakı səfirliyinin önündə aksiya keçirilib. Aksiyada 40-a yaxın insan iştirak edib.


Bakıdakı aksiya

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364722

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR