"TuranBank" Sus Bee Finance-dan 5 milyon dollar vəsait cəlb edib

"TuranBank" Sus Bee Finance-dan 5 milyon dollar vəsait cəlb edib
16:53 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

"TuranBank" mikromaliyyə portfelini genişləndimək məqsədilə 3 il müddətinə 5 milyon ABŞ dolları həcmində kredit sazişi imzalayıb.

Bankdan Trend-ə verilən məlumata görə, "Sus Bee Finance" Lüksemburqda yerləşir və Frankfurt School Financial Services GmbH-in idarəçiliyi ilə müxtəlif ölkələrdə mikromaliyyə fəaliyyətini dəstəkləyir.

Qəbul edilmiş strategiyasına uyğun olaraq, bank mikro, kiçik və orta biznesin inkişaf etdirilməsinə üstünlük verir. III rübün sonuna bankın mikrokredit portfeli ümumi portfelin 22,6% təşkil edib. İlin əvvəli ilə müqayisədə mikrokredit portfelində artım 21,5%, strateji dövrün əvvəli ilə müqayisədə isə təxminən 74,2% təşkil edib.

Mikrokredit portfelinin inkişafı istiqamətində bank filial şəbəkəsini genişləndirməkdə davam edir. Hazırda 15 satış şəbəkəsinə sahib olan TuranBank-ın regionlarda 8 filialı mövcuddur və tezliklə yeni filialların açılması planlaşdırılır.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR