İ.Tağıyev görüş iştirakçılarına “MedNot” layihəsinin məqsədi, tətbiq istiqamətləri, sığortaçılar üçün əhəmiyyətindən bəhs edən təqdimatla çıxış edib.
Layihə müəllifinin sözlərinə görə, “MedNot” həkimlərlə xəstələr, o cümlədən apteklərlə dərman şirkətləri arasında əlaqə yaradan veb-saytdır. Saytdan qeydiyyatdan keçdikdən sonra əldə olunan kod vasitəsilə mobil telefon və ya kompüter vasitəsilə həkim və ya pasient, həmçinin dərmanlar haqda operativ məlumatlar əldə etmək olacaq. Bundan başqa, sayt vasitəsilə dərman sifarişini SMS və ya onlayn şəkildə həyata keçirmək, ən əsası isə saytda dərmanların vahid uçotunu və analizini aparmaq olacaq. Bunun vasitəsilə vaxtı keçmiş və ya vaxtının keçməsinə az qalmış dərmanların siyahısı ilə tanış olmaq mümkündür.
Layihənin sığortaçılar üçün də əhəmiyyəti var. Belə ki, saytdakı məlumatları icbari tibbi sığorta, o cümlədən digər sığorta şirkətləri üçün baza kimi istifadə etmək mümkündür.