Mineralogiya kabinetinin ehtiyat fondunda üç mindən çox mineral var

Mineralogiya kabinetinin ehtiyat fondunda üç mindən çox mineral var
20:13 13 Noyabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəaliyyət göstərən mineralogiya kabinetində dünyanın ayrı-ayrı ölkələrindən gətirilmiş müxtəlif minerallar saxlanılır.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, təkcə mineralogiya kabinetinin vitrinlərində 1600 mineral nümayiş etdirilir. Ehtiyat fondunda isə 3 mindən çox mineral var. Vitrinlərdə minerallar müasir kristallokimyəvi təsnifata əsasən yerləşdirilib. Hər mineralın adı, kimyəvi tərkibi və yatağı fərdi şəkildə qeyd olunub. Eyni zamanda, mineralların kataloqu hazırlanıb və kompyuter bazasına daxil edilib.
Mineralogiya kabinetinin mineraloji kolleksiyasından başqa, kristalların fəza quruluşuna dair zəngin model kolleksiyası da var.
Hazırda müxtəlif minerallara həsr olunmuş filmlərin çəkilişinə hazırlıq işləri görülür.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mineralogiya_kabinetinin_ehtiyat_fondunda_uch_minden_chox_mineral_var-901944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR