“Bakı şəhəri Nizami rayonunun Naxcıvanski küçəsi, 34 ünvanında yerləşən yaşayış binasında partlayışa binanın dördüncü mərtəbəsində təmir edilən ərazidə qaz sızmasının səbəb olması versiyası göstərilir”.

APA-nın məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib: “Qəza barədə Fövqəladə Hallar Nazirliyinə məlumat saat 08.23-də daxil olub və əməkdaşlarımız dərhal xilasetmə işlərinə başlayıblar. Artıq 1-i uşaq olmaqla, 6 sakin dağıntılar altından çıxarılıb, hazırda xilasetmə işləri davam etdirilir”.

Nazir FHN mütəxəssislərinin qəzanın səbəblərini araşdırdığını, dağıntılar altında qalanların axtarışının və xilas edilməsinin davam etdirildiyini vurğulayıb.