İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən Komandalararası Avropa çempionatında 4-cü turun oyunları yekunlaşıb.

4-cü turda hər iki komandamız qələbə qazandı. Kişilərdən ibarət seçməmiz Türkiyə komandası ilə üz-üzə gəlib. Millimiz rəqibini 3,5:0,5 hesabı ilə məğlub edib.

Şəhriyar Məmmədyarov - Draqan Solak 0.5:0.5

Teymur Rəcəbov - Mustafa Yılmaz 1:0

Arkadi Naydiç - Barış Esen 1:0

Rauf Məmmədov – Can Emre 1:0

4 turdan sonra Kişilərdən ibarət yığma komandamız 6 xalla 2-ci yerdədir.

Qadınlardan ibarət milli isə Norveç komandasına 2.5:1.5 hesabı ilə qalib gəlib. Seçməmizin heyətində Gülnar Məmmədova və Ülviyyə Fətəliyevanın qələbəsinin ardından Xəyalə Abdulla xalları yarı bölüb.

4 turdan sonra Qadınlardan ibarət milli komandamız isə 4 xalla 16-cı yerdədir. 5-ci turda kişilərdən ibarət seçməmiz Rusiya, qadınlardan ibarət millimiz isə Danimarka komandası ilə görüşəcək.