İslandiyanın Reykyavik şəhərində keçirilən Avropa Komanda Çempionatında 5-ci turun görüşləri çərçivəsində kişilərdən ibarət seçmə komandamız Rusiya millisi ilə qarşılaşıb.
Birinci lövhədə millimizin lideri Şəhriyar Məmmədyarovun Pyotr Svidlerlə sülh bağlamasının ardından digər şahmatçılarımız - Teymur Rəcəbov, Arkadi Naydiç və Eltac Səfərli də görüşlərini heç-heçə başa vurublar: 2:2
Şəhriyar Məmmədyarov – Pyotr Svidler 0.5-0.5
Teymur Rəcəbov – Aleksandr Qrişuk 0.5-0.5
Arkadi Naydiç - İan Nepomniatçi 0.5-0.5
Eltac Səfərli - Dmitri Cokovenko 0.5-0.5
Qadınlardan ibarət millimiz isə Danimarka seçməsi ilə qarşılaşıb. Görüş 4:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Nina Hoiberg - Zeynəb Məmmədyarova 0-1
Sandra De Blecourt - Gülnar Məmmədova 0-1
Esmat Guindi - Xəyalə Abdulla 0-1
Thomine Stolberg-Rohr - Ülviyyə Fətəliyeva 0-1
6-cı turda isə kişilərdən ibarət komandamız Niderland, qadınlardan ibarət milli komandamız isə Polşa yığması ilə qarşılaşacaq.