İspaniya La Liqasının 12-ci turu çərçivəsində "Real"la "Barselona" arasında keçiriləcək qarşılaşma maraqla gözlənilir.


Bəs görəsən, "El Klasiko"nu stadiondan canlı izləmək neçəyə başa gəlir?


Biletin satışı ilə məşğul olan "Ticketbis" şirkətindən verilən məlumata görə, ən bahalı bileti 2 min 697 avroya satıblar. Bu bileti alan azarkeş matçı VİP lojodan izləyəcək. Ortalama qiymət isə 650 avrodu. Ötən mövsüm ortalama qiymət isə 600 avro imiş. Şirkət bundan başqa bilet üçün 25 ölkədən insanların müraciət etdiyi açıqlayıb. Qarşılaşmaya əcnəbilərdən ən çox maraq göstərənlər isə ingilislərlə fransızlardı.


Qeyd edək ki, "Real"ın "Santiaqo Bernabeu"da adi çempionat oyununa baxmaq istəyən azarkeş 58 avrosundan keçməlidi. "Barselona"da bu rəqəm isə 100-dü.


Fanat.az