"Azərbaycana məğlubiyyətin иir səbəb yoxdu. Amma çoxlu amillər var. Azərbaycanla oyundan öncə biz iki oyun keçirmişdik. Xorvatiya ilə yoxlama görüşü və Farer adaları ilə seçmə mərhələ oyunu. Müsbət nəticələr qazanmışdıq. Bu, uşaqlarda motivasiyanı aşağı saldı. Onlar düşündülər ki, Azərbaycanla oyunda da asanlıqla qələbə qazanacaqlar. Bu, bizi yanıltdı".

Fanat.az xəbər verir ki, bu sözləri Rusiyanın U-21 yığmasının baş məşqçisi Dmitri Xomuxa "AVRO-2017"nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı Bakıda keçirdikləri oyunla (0:3) bağlı danışarkən deyib.

Onun fikrincə, məğlubiyyətin səbəbi böyük ölçüdərəqibi düzgün qiymətləndirməməkdi: "Amma uşaqların çalışqanlığını da qeyd etmək lazımdı. Sadəcə, oyuna köklənmə, hücumların məntiqi sonluqla başa çatdırılması baxımından diqqətli olmaq istənilən səviyyədə deyildi. Azərbaycan onların əsl səviyyəsini göstərdi. Ona görə müsahibə verməkdən, danışmaqdan daha çox klublarında öz üzərlərində çox işləmələri, nəyə qadir olduqlarını göstərmələri lazımdı".

Fanat.az