Bakı, 19 noyabr, AZƏRTAC
Reykyavikdə şahmat üzrə komandalar arasında Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün turnirin altıncı turu çərçivəsində kişilərdən ibarət Azərbaycan millisi Hollandiya, qadın şahmatçılarımız isə Polşa yığması ilə qarşılaşacaq.
Kişi şahmatçıların mübarizəsində Şəhriyar Məmmədyarov Aniş Qiri, Teymur Rəcəbov Ervin L'Ami, Arkadi Naydiç İvan Sokolov, Rauf Məmmədov isə Sergey Tivyakov ilə üz-üzə gələcək. Millimiz 7 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb.
Qadınlardan ibarət millimizin heyətində Zeynəb Məmmədyarova Monika Soçka, Gülnar Məmmədova İveta Raylix, Nərmin Kazımova Karina Şepkovska-Xorovska, Xəyalə Abdulla isə İonna Maydan-Qaevska ilə qarşılaşacaq. Yığmamız 6 xalla turnir cədvəlində on birinci pillədə yer alıb.