İslandiyanın Reykyavik şəhərində komandalararası Avropa çempionatında Azərbaycanın kişi və qadın şahmatçıları növbəti görüşlərini keçiriblər.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, rəqiblər Hollandiya və Polşanın zəka sahibləri olublar.
Kişilərdən ibarət komanda Arkadi Naydiçin sayəsində qələbəyə nail olub. Qadınlardan ibarət komandadan isə Nərmin Kazımova qələbə qazansa da, Zeynəb Məmmədyarova və Xəyalə Abdulla uduzublar.
6 turdan sonra xallarını 9-a çatdıran kişilərdən ibarət yığmamız 3-cü pilləyə yüksəlib. Növbəti görüşdə qara fiqurlarla çıxış edəcək komandamızın rəqibi Latviya olacaq. Qadın millimiz isə Polşaya məğlubiyyətdən sonra 6 xalla 16-cı pilləyə enib. Növbəti turda qara fiqurlarla oynayacaq komandamızın rəqibi Ermənistan olacaq.
Avropa çempionatında Azərbaycanı Aleksandr Xalifmanın kapitanı olduğu kişilərdən ibarət seçmə komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Arkadi Naydiç, Fikrət Sideifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət komandada isə Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla, Nərmin Kazımova və Ülviyyə Fətəliyeva təmsil edirlər. 66 komandanın mübarizə apardığı çempionat noyabrın 22-də başa çatacaq.
Milli.Az