Türkiyə parlamentində təmsilən olunan ikinci müxalifət partiyası olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Figen Yüksəkdağa qarşı ittiham aktı hazırlanıb. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, son parlament seçkilərində HDP-dən deputat seçilən F.Yüksəkdağın ölkə prezidentini təhqir etməsi iddiası ilə haqqında araşdırma başladılıb və bu barədə Türkiyə parlamentinə müraciət edilib. Sənəd artıq Türkiyə parlmentinə göndərilib.

Qeyd edək ki, son vaxtlar Türkiyədə dövlət başçısını təhqirlə bağlı məsuliyyətə cəlb edilənlərin sayı xeyli artıb.