ANS PRESS-in məlumatına görə, tərəflər arasında uzun müddətdir davam edən qarşıdurma yenidən alovlanıb.
La Liqanın son turunda Madriddə “Barselona”ya 0:4 hesablı ağır məğlubiyyətdən sonra portuqaliyalı ulduz Benitesin rəhbərliyi altında oynamaq istəmədiyini bildirib. Bu nəticə sayəsində “Barselona” 41 ildən sonra Madriddə qol buraxmadan ən böyük hesablı qələbəsini qazanıb.1974-cü ildə heyətində Yohan Kroyffun da olduğu əfsanələr sırasına keçmiş “Barsa” “Santiaqo Bernabeu”da 5:0 qələbə qazanmışdı. İspan mətbuatı Ronaldonun həmçinin rəhbərlik qarşısında ultimatum qoyduğu barədə də yazıb. “Real”dan ya mən getməliyəm, ya da Benites” - deyə Ronaldo rəhbərliyə bildirib.

Benites və Ronaldo
Ronaldonun ispaniyalı mütəxəsisin məşq prosesini bəyənmədiyindən “Real”dan ayrılmaq istədiyi bildirilir. "Real"ın baş məşqçisi Rafael Benites komandasının hücumçusu Kriştiano Ronaldo ilə aralarında soyuq münasibət yaranması ilə bağlı yayılan xəbərlərə bir müddət əvvəl münasibət bildirib.Benites Ronaldo ilə heç bir problem yaşamadığını bildirib: "Ronaldo ilə çalışarkən onun qələbə qazanmağa nə qədər istəkli olduğunu görürsən. Bütün futbolçuların işlərinə onun kimi belə yüksək səviyyədə yanaşmasını istərəm.Onunla münasibətimə gəlincə, digər oyunçularla Ronaldo arasında heç bir fərq qoymuram. Aramızda heç bir problem yoxdur".
Qeyd edək ki, Benitesin məşq üsullarını bəyənməyən və son məşqi yarımçıq tərk edən Ronaldonun "Real"dan ayrılmaq istədiyi bildirilir.