Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Emil İsmayılov/
SOCAR AQS qazma podratçısı yaxın vaxtlarda ARDNŞ şirkəti üçün 3 yeni layihə çərçivəsində dənizdə qazma işlərinə başlamağı planlaşdırır. Trend-in məlumatına görə, bunu ARDNŞ-nin Qazma mühəndisliyi şöbəsinin müdiri Elşən İsmayılov "Qazma mühəndisliyi" dərs vəsaitinin təqdimatında deyib.
Onun sözlərinə görə, hazırda layihələr çərçivəsində "Bulla-6" ("Bulla Dəniz" dəniz yatağı), "Günəşli-7" ("Günəşli" yatağının dayaz sulu hissəsi) platformalarında, habelə "Qərbi Abşeron" yatağında qazma işlərinə başlamağa hazırlıq görülür.
Bu obyektlərdə qazma işlərinə 2015-ci ildə başlamaq planlaşdırılır.
Bundan başqa, E.İsmayılov qeyd edib ki, indiyədək ARDNŞ hazırda da istismarda olan 41 yüksəkdebitli quyu qazılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]