Hindistanın paytaxtı Dehlinin metropoliteninin "Yamuna Bank" stansiyasında faciə yaşanıb.

Platformada başqa sərnişinlərlə duraraq qatarı gözləyən bir qız qatar yaxınlaşan təki özünü relslərə ataraq intihar edib.

Milli.Az bildirir ki, qatar relsə uzanmış qızı iki bölüb. Polisdən verilən məlumata görə, intihar edən qız 21 yaşlı Ancali Mamnazdır.

Allahabad şəhərinin sakini olan Ancali ailəsi ilə Dehliyə, nişanlısının yanına gəlmişdilər. Onlar toy gününü müəyyənləşdirmək istəyirdilər. Lakin cehiz məsələsində mübahisə yaranıb və oğlanın valideynləri "yetərincə cehiz olmasa, toy da olmayacaq" deyiblər.

Depressiyaya düşən Ancali də həyatı ilə vidalaşıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
Metroda faciə: cehizə görə intihar etdi - VİDEOMetroda faciə: cehizə görə intihar etdi